KÜLTƏPƏ ABİDƏSİNDƏN TAPILMIŞ BOYALI QABLAR
Şəlalə Bağırova
(AMEA Arxeologiya və Etnoqrafiya Institutu)
1951-ci ildə arxeoloq Osman Həbibulla oğlu Həbibullayev Naxçıvan ərazisindəki Kültəpə adlı abidədə arxeoloji qazıntılara başlamışdı (1). Qazın-tıların sonrakı davamı, abidənin çoxtəbəqəli yaşayış yerinin qalığından ibarət olmasını və onun dəqiq stratiqrafiyasını müəyyən etməyə imkan vermişdi (2). Müxtəlif təsərrüfat işlərilə əlaqədar böyük hissəsi dağllmış hündür təpə-dən ibarət olan Kültəpə abidəsinin tədqiqi Azərbaycan arxeologiyasmda əla-mətdar hadisə olmuş və bütün Qafqaz üçün etalon abidə kimi qiymətləndi-rilmişdi (3).
Abidə Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, Naxçıvançaym sahilin-də yerləşir. Qazıntılar zamanı Kültəpədə 22 m qalmlıqda mədəni təbəqə qeydə alınmışdır. Həmin mədəni təbəqənin 9 m qalınhqda alt qatları eneolit, digər 9 m-i erkən tunc dövrünə, qalan hissəsi isə son tunc və ilk dəmir döv-rünə aiddir (4). Hər təbəqənin səciyyəvi tapıntılarını gil qablar, məişət ava-danlığı, əkinçilik və maldarlıqla bağlı müxtəlif əmək alətləri, bəzək və silah nümunələri və digər qədim maddi mədəniyyət əşyaları təşkil edir. Bunlardan əlavə, eneolit təbəqəsində müxtəlif tikinti qalıqları və qəbirlər də üzə çıxarılmışdır. Umumilikdə, Kültəpənin qalın mədəni təbəqəsi paleometal dövrünün bütün inkişaf mərhələlərini – eneolitdən başlamış son tunc və ilk dəmir dövrünədək uzun bir zaman kəsiyini əhatə edir.
Pin Up Casino Az digər müəssisələrdən bununla fərqlənir ki, işləmək üçün cüzdanın 50 AZN ilə doldurulması lazımdır. Qazancları ilk dəfə ödəmədən əvvəl Pin Up mobil platforması istifadəçidən doğrulama prosedurundan keçməsini, təzə daxilolmaları isə Yeni məhsullar bölməsində tapa bilərsiniz. Söhbət oyunçuları bu kazinoya pinup-casino-az.com tövsiyə edirlər, mərclər üçün virtual vasitələrin təmin olunduğu bir demo başlamalı və cihazları məhdudlaşdırmadan sınamalısınız.
Eneolit dövrünə aid mədəni təbəqədə 13 sayda daş, möhrə və çiy kər-piclərdən tikilmiş dairəvi və dördkünc tikinti qalıqları aşkar edilmişdir (5). Dairəvi tikintilərin diametri 6 m-dən 8 m-ə yaxındır. Dördkünc tikintilərin sahəsi isə 15 kv. m-dən artıq deyildir. Məlumdur ki, dairəvi tikinti qalıqları On Asiyanın erkən əkinçiliklə bağlı bir sıra abidələri üçün səciyyəvidir (6). Onu da qeyd etmək lazımdır ki, Kültəpənin eneolit mədəni təbəqəsində 85 sayda eyni dövrə aid torpaq qəbirlər də üzə çıxarılmışdır. Qazıntılar zamanı 31 qəbirdə dövr üçün səciyyəvi olan müxtəlif gil qablara, daş və sümükdən hazırlanmış məmulata, eləcə də çoxlu sayda müxtəlif muncuqlara da rast gəlinmişdir (7).
Kültəpə abidəsində indiyə qədər Qafqaz arxeologiyası üçün məlum ol-mayan qədim bir dövrə – eneolitə aid mədəni təbəqənin üzə çıxarılması tək-cə Azərbaycan arxeologiyası üçün yox, bütün Qafqaz üçün yenilik olmuş və Kültəpə regionda erkən əkinçilikmədəniyyətinin ilk arxeoloji kompleksi kimi qəbul olunmuşdur. Kültəpədə 7 ədəd ən qədim mis əşyanın tapılması da elmi cəhətdən çpx dəyərli olmuşdur (8).
Arxeoloji qazmtılar zamanı Kültəpənin eneolit dövrünə aid təbəqəsin-dən bütün Cənubi Qafqazda ilk dəfə ən qədim dulusçuluq nümunələri əldə edilmişdir. Bunlar saman qatışıqlı gildən əldə hazırlanmış qalın divarlı, bəsit biçimli müxtəlif qablardan ibarətdir (şək. 1). Keyfıyyətsiz bişirilmiş bu qablar əksər hallarda qırmızımtıl sarı və ya açıq qırmızı rəngdədir. Onların üzəri bir çox hallarda hamarlanmış və ya cilalanmışdır (9). Onu da qeyd etmək la-zımıdr ki, saman qatışıqlı gildən hazırlanmış dulus məmulatı Yaxın Şərqin erkən əkinçilik komplekslərində ən geniş yayılmış tapmtılardır. Maraqlıdır ki, Kültəpə abidəsinin ən qədim mədəni təbəqəsinin arxaik xüsusiyyətlərilə seçilən çoxsaylı gil qabları içərisində boyalı qab nümunələrinə də təsadüf edilmişdir (şək. 2). О zaman Cənubi Qafqaz üçün ilk tapıntılar olan belə qab nümunələri say nisbətində azlıq təşkil etməklə cəmi 2 bütöv qabdan və 20 ədəd fraqmentdən ibarətdir (10).
Bütöv qablardan biri 71 saylı qəbirdən tapılmışdır (11). Qum qatışıqlı gildən əldə hazırlanmış bu qab yuvarlaq biçimdə olmaqla, sarımtıl qırmızı rəngdədir. Yaxşı bişirildiyindən bütün səthi eyni rəngdədir. Enli ağızlı, yastı oturacaqlıdır. Ağzının kənarı azacıq xaricə əyilmişdir. Qabm yuxarı yarısı qara rənglə naxışlanmışdır. Çox sadə olan bu naxışlar şaquli vəziyyətdə çə-kilmiş 8 düz və 4 dəfə təkrar olunan 4 dairəvi zolaqlardan ibarətdir. Təəssüf ki, naxışların bir hissəsi pozulmuş və onların yalnız izi qalmışdır (şək. 2,1).
Əldə olunan ikinci bütöv qab daha səylə hazırlanması və zərifliyi ilə seçilir. Yuvarlaq biçimli və kiçik ölçülü olan bu qab tərkibində narın qum qa-tışığı olan yaxşı yoğrulmuş gildən hazırlanmışdır. Simmetrik biçimi ilə çarx məmulatma bənzəyir. Nazik divarlıdır. Tam və keyfiyyətli bişirildiyindən bütün səthi eyni çalarla qırmızı rəngdədir (şək. 2,2). Dairəvi yastı oturacağa malikdir. О qədər də hündür olmayan boğazı yuxarıya doğru gendir. Səthi tünd qırmızı rənglə örtülmüşdür. Qabın gövdəsi isə qəhvəyi rənglə naxışlan-mışdır. Naxış qabın çiynini və aşağı hissəsini əhatə edən 2 zolaq arasında yerləşdirilmişdir. Naxışın əsas elementini çəpinə çəkilmiş nazik zolaqlar və onların arasına vurulmuş nöqtələr təşkil edir.
Qara və ya tünd qəhvəyi rənglə çəkilmiş naxışlar əldə olan fraqmentlər üzərində də izlənilmişdir. Fraqmentlərin bir qismi qum qatışıqlı, digər qismi isə saman qatışıqlı gildən hazırlanmış qablara aiddir. Birinci qrupa aid olan qablar hazırlanma üsuluna görə daha üstün və keyfıyyətli olmaları ilə seçilir (şək. 2,3-5). Onların üzəri böyük səylə hamarlanmış və ya cilalanmışdır.
Bişirilmə prosesi də yüksək səviyyədə aparılmışdır. Ikinci qmpa fraqmentlər saman qatışıqlı gildən hazırlanmış qablara aiddir. Fraqmentlər üzərindəki naxışlar nisbətən bəsit və vərdişsiz çəkilmişdir (şək. 2,6-8). O.H.Həbi-bullayev birinci qrup fraqmentlərin gətirilmə qablara, ikinci qrup fraq-mentlərin isə yerli istehsal qablarına aid olmasını göstərmişdir (12). Maraqlı-dır, eneolit dövrünə aid oxşar boyalı qab fraqmentlərinə sonralar Azərbayca-nm cənub bölgələrinin digər abidələrində də rast gəlinmişdir. Bunlara Mil-Qarabağ düzündəki Şahtəpə, Kamiltəpə, Kəbirli kimi bir neçə qədim yaşayış yerləri (13) və Muğandakı Əliköməktəpə abidəsi aiddir (14). Tədqiqatçı A.A.lessenin fıkrincə, qədim boyalı qab nümunələrinin Kültəpədən xeyli uzaq məsafədə olan abidələrdən də tapılması Kültəpə abidəsi ilə bağlı ən qədim əkinçilik mədəniyyətinin Azərbaycan ərazisində geniş yayıldığına sü-butdur. Tədqiqatçı qeyd edilən bütün bu abidələri ümumilikdə erkən əkin-çilik mədəniyyətinin cənub qrupuna aid etmişdir (15).
Məlumdur ki, Əliköməktəpə qədim yaşayış yerinin gil məmulatı içəri-sində boyalı qab nümunələri heç də az deyildir. Abidənin tədqiqatçısı F.R.Mahmudovun müşahidələrinə görə ibtidai boyalı qab nümunələri abi-dədən əldə edilən çoxsaylı gil məmulatınm ikinci böyük qmpunu təşkil edir. Qazıntılar zamanı abidədən 300-dən artıq boyalı qab nümunəsi tapılmışdır (16). Onlann səthi bir qayda olaraq anqoblandıqdan sonra monoxrom naxış-larla bəzədilmişdir. Qəhvəyi və qırmızı rənglə çəkilmiş naxışların əsas his-səsi üçbucaq və robmlardan, düz və dalğavari xətlərdən ibarətdir. Onu da qeyd edək ki, Əliköməktəpə abidəsidən tapılan boyalı qabların əksəriyyəti yerli istehsal hesab olunur.
Yuxarıda göstərildiyi kimi, Kültəpə abidəsinin alt mədəni təbəqəsindən tapılan boyalı qabların əsas qismi yetkin biçimli, səylə hazırlanmış və yaxşı bişirilmiş nümunələrdən ibarət olmaqla abidənin əsas gil məmulatından seçilirlər. Bununla əlaqədar həmin nümunələr bir mənalı şəkildə qonşu şərq ölkələrindən gətirilmə məmulat hesab olunurlar (17). Müqayisəli araşdırma-lar onlarm vaxtı ilə Mesopotamiya ərazisində təşəkkül tapmış və şimal isti-qamətində geniş yayılmış Xələf – Ubeyd mədəniyyətinə məxsus olması fıkrini söyləməyə əsas vermişdir (18). Bu cəhətdən bütöv qab nümunəsi özünün gözə çarpan biçimi və üstün texnoloji keyfıyyətlərilə bunu əyani şəkildə sübut edir. Maraqlıdır ki, biçim nöqteyi-nəzərdən oxşar gil qablar Xələf mədəniyyətinin yayılma ərazisinə daxil olan Van gölü hövzəsindəki Tilkitəpə abidəsindən də tapılmışdır (16). Sonrakı illərdə Tilkitəpədə aparı-lan arxeoloji qazıntılar zamanı 8 m qalınlığında 3 mədəni təbəqə müəyyən edilmişdir (19). Birinci – üst təbəqənin əsas gil məmulatı saman qatışıqlı gil-dən hazırlanmış və şaquli, dalğavari zolaqlarla bəzədilmiş, yuvarlaq gövdəli, enli ağızlı qablardan ibarət olmuşdur. Ikinci – orta təbəqədən tapılan gil mə-mulatı içərisində boyalı qab nümunələrinə rast gəlinmişdir. Əldə olunan qab-
ların əsasən qum qatışıqlı gildən hazırlanması nəzərə çarpmışdır. Üçüncü -aşağı mədəni təbəqənin əsas gil məmulatı isə sırf Xələf tipli qablar olmuşdur (20). Maraqlıdır ki, Kültəpə tapıntısı həmin təbəqənin gil məmulatlannın tam oxşarıdır.
Tilkitəpə abidəsinə məxsus bütün xüsusiyyətlər Kültəpədən tapılan boyalı gil qabda tam əks olunduğundan onu On Asiyanın ən qədim əkinçilik sisteminə aid abidə kimi qiymətləndirməyə imkan verir.
ƏDƏBİYYAT
1. Həbibullayev O.H. Kültəpədə arxeoloji qazmtılar, Bakı, 1959; Yenə onun, Некоторые итоги изучения холма Кюльтепе в Азербайджане, СА, 1963, №3, с. 157-168; Иеня онун, Энеолит и бронза на территории Нахчыванской АССР, Баку, 1983, с. 17
2. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахчыванской АССР, Баку, 1983, с. 14 Мащмудов Ф.Р.Яликюмяк тяпясиндя археоложи газынтыларын илкин йекунлары // Азярбайъанда даш дюврц вя енеолит, Бакы, 1984, с. 64-66; Иеня онун, Культура юго-восточного Азербайджана в эпоху бронзы и раннего железа, Баку, 2008, с. 17, р. 13-16
3. Мунчаев P.M. Энеолит Кавказа // Археология СССР – Энеолит СССР, Москва, 1982, с.96
4. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахчыванской АССР, Баку, 1983, с. 14-15
5. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахчыванской АССР, Баку, 1983, с. 24-38
6. Чайлд ГордонДревний Восток в свете новых раскопок, Москва, 1956, с. 177
7. Абибуллаев О.А. Погребальные памятники на поселении Кюльтепе // Археологические исследования в Азербайджане, Баку, 1965, с. 65-73
8. Абибуллаев О.А. К вопросу о древней металлургии Азербайджана // Труды Азербайджанской экспедиции, МИА СССР, № 125, Москва-Ленинград., 1965, с. 65-73,рЛ
9. Абибуллаев О.А. Некоторые итоги изучения холма Кюльтепе в Азербайджане, СА, 1963, №3, с. 160-165
10. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахчыванской АССР, Баку, 1983, с. 72-75
11. Абибуллаев О.А. Погребальные памятники на поселении Кюльтепе, с. 40
12. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахчыванской АССР, с.
13. Иессен А.А. Кавказ и Древний Восток в ЫВ-ЫЫЫ тыс. до н.э., КСИА, Москва, 1963, № 93, с. 3-14, р. 2; Иеня онун, Из истопического прошлого Мильской степи // Труды Азербайджанской экспедиции, МИА СССР, № 125, М.-Л., 1965, с. 13-15; Нариманов И.Т. Керамика древнего поселения вблизи городище Оренкалы // Труды Азербайджанской экспедиции, МИА СССР, № 125, Москва-Ленинград, 1965, с. 37-39
14. Mahmudov F.R. Əlikömək təpəsində arxeoloji qazıntıların ilkin yekunlan // Azərbaycanda daş dövrü və eneolit, Bakı, 1984, s. 64-66; Yenə onun, Kulğtura öqo-vostoçnoqo Azerbaydjana v gpoxu bronzı i ranneqo jeleza, Baku, 2008, s. 17, şək. 13-16
15. Mahmudov F.R. Əliköməktəpəsində arxeoloji qazıntılann ilkin yekunlan // Azərbaycanda daş dövrü və eneolit, Bakı, 1984, s. 65-66
16. Иессен А.А.Кавказ и Древний Восток в ЫВ-ЫЫЫ тыс. до н.э. с. 10
17. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахчыванской с. 77-78
18. Археология зарубежной Азии, Москва, 1986, с. 53
19. Jenny A. Schamiramalti. Prachistorische Zeitschrift, XIX, № 3/4, Berlin, 1928, s. 230-304
20. Reilly E.B.Tilkitepedeki ilk kazilar, 1937, Turk Tarih, Arkeologya ve Etnoqrafya Dergisi, IV, 1940, s. 145-178